"Övladınızı nə qədər tanıyırsınız?”

Uğurlu layihələrin faydasını gördüyümüz üçün ənənəyə sadiq qaldıq. İşimizin davamı olaraq icrasına "Övladınızı nə qədər tanıyırsınız?” adlı layihəyə start verməklə davam edirik. Bu layihənin keçirilməsində məqsəd şagirdlərin təhsilə marağının artırılması, sağlam təhsil mühiti yaratmaq, valideynləri məktəbə cəlb etmək, sağlam mənəvi ruhlu şagirdləri ilə tanınan, Azərbaycanın gələcəyi üçün vətəndaş yetişdirmək, təkcə elmi bilikləri ilə deyil, həmçinin, bacarıqları, dünyagörüşü, ailə və milli dəyərləri özündə ehtiva edən gələcək nəsilləri formalaşdırmaqdır. Bu məqsədlə martın 6-da ibtidai sinif müəllimi Könül Həsənovanın təşkilatçılığı ilə 1 c sinif şagirdləri və valideynləri arasında yarışma keçirildi. Yarışma çox yadda qalan oldu. Layihənin növbəti günlərində yarışmada iştirak edən valideynlər və şagirdlərə hədiyyə və sertifikatlar təqdim olunacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi