"MÜKAFATLANDIRMA MƏRASİMİ"
Şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində ümumi təhsil müəssisələrində idman həftəsinin keçirilməsi məqsədəuyğun hesab edilmişdir. Qeyd olunanlarla əlaqədar tərtib edilmiş proqrama (əlavə olunur) uyğun olaraq həftə ərzində məktəbdə fiziki tərbiyə müəllimlərinin və şagirdlərin iştirakı ilə mövcud qaydalara uyğun səhər gimnastikası, müsabiqələr, yarışlar, görüşlər keçirilmişdir. Martın 7-də isə həftə ərzində yarışlarda qalib gələn şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomlarla mükafatlandırıldı. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, qalib gələn şagirdləri təbrik etdi və onlara uğurlar arzuladı.