"Ən sürətli şagird" qaçış yarışı
"5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar olaraq, məktəbin fiziki tərbiyə müəllimləri Natiq Quliyev və Murad Mehdiyevin rəhbərliyi ilə "Ən sürətli şagird" qaçış yarışı keçirildi. Yarış məktəbin V-lX sinif şagirdləri arasında təşkil olundu. Yarışın nəticələrinə görə qızlar arasında 1-ci yerə 7 b sinif şagirdi Ümidəliyəva Rəhiməxanım, oğlanlar arasında isə 7 b sinif şagirdi Musayev Yusif layiq görüldü. Qalib gələn şagirdlərə məktəb rəhbərliyi tərəfindən diplomlar təqdim olunacaq.