Stolüstü tennis idman yarışı
Martın 5-də "5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ilə əlaqədar olaraq, məktəbin 5-9-cu sinif şagirdləri arasında stolüstü tennis idman yarışı keçirildi. Məktəbin fiziki tərbiyə müəllimləri Murad Mehdiyev və Natiq Quliyevin təşkilatçılığı ilə keçirilən yarışda bütün şagirdlər uğurlu oyun nümayiş etdirdilər. Sonda yarışın nəticələrinə görə 1-ci yerə 7 b sinif şagirdi Ümidəliyəva Rəhiməxanım layiq görüldü. Qalib şagird məktəb rəhbərliyi tərəfindən diplomla mükafatlandırılacaqdır.