Od çərşənbəsi

 

Bu gün ikinci çərşənbə Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan inamından meydana gəlir. Od çərşənbəsi bu gün məktəbimizdə də qeyd olundu. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Səbahət Ağayeva şagirdləri bahar bayramının ikinci çərşənbəsi olan “od çərşənbəsi” münasibətilə təbrik etdi, onlara yaxşı əhval-ruhiyyə, dərslərində müvəffəqiyyətlər arzuladı. İbtidai sinif müəllimi Ruhanə Yaqubovanın hazırladığı tədbir "Haxışta", Novruz atalar sözləri, şeir, mahnı səhnəcikləri ilə davam etdi. Tədbir 3 b sinfinin şagirdlərinin gözəl çıxışları öz rəngarəngliyi ilə yadda qaldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi