"5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində bilik yarışı
"5 mart - Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində məktəbdə fiziki tərbiyə müəllimləri Natiq Quliyev və Murad Mehdiyev tərəfindən 6, 7 və 8-ci sinif şagirdləri arasında bilik yarışı keçirildi. Yarışın nəticələrinə görə 8 a sinfi qalib gəldi. Qalib gələn komandaya məktəb rəhbərliyi tərəfindən diplomlar təqdim olunacaq. Bilik yarışının keçirilməsində məqsəd şagirdlərin fiziki tərbiyə fənninə və idman sahəsinə olan diqqətini daha da artırmaqdır.