Qol güləşi yarışı

Fevralın 28-də "İdmansevərlər layihəsi" nin icrasının davamı olaraq, məktəbin fiziki tərbiyə müəllimləri Natiq Quliyev və Murad Mehdiyevin rəhbərliyi ilə Vll-Xl sinif şagirdləri arasında qol güləşi yarışı keçirildi. Yarışın nəticələrinə görə qızlar arasında I yerə 7 b sinif şagirdi Əliyeva Aytac, oğlanlar arasında isə 8 c sinif şagirdi Abasov Məmmədxan layiq görüldü. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, idman yarışında qalib gələn şagirdləri təbrik etdi və onlara uğurlar arzuladı. Sonda yarışda qalib gələn şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomla mükafatlandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi