“Əylənərək, öyrənirik!”
Fevral ayı məktəbdə Xarici dili aylğı elan olunmuşdur. Xarici dili aylığı çərçivəsində fevralın 29-da məktəbdə “Əylənərək, öyrənirik!” adlı İngilis və Rus dillərinə həsr edilmiş tədbir keçirildi. Həmçinin tədbirdə V-VI sinif şagirdləri arasında ingilis və rus dillərinə aid "Bilik Yarışı "təşkil olundu, yarışda müəllimlər həmin dillərə aid suallar səsləndirdilər. Tədbir şagirdlərin müxtəlif rəqs və mahnı ifaları ilə davam etdirildi. Şagirdlərin ifasında xarici dillərdə mahnıların ifa olunması və rəqslərin nümayiş olunması tədbiri daha da rəngarəng etdi.Sonda məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək xarici dillərin vacibliyi, onun əhəmiyyəti və ictimai həyatda rolları haqqında çıxış edib, tədbirin təşkilində əməyi keçən müəllimlərə təşəkkürünü bildirdi.