IV,VI,VII və VIII sinif şagirdlərinin Azərbaycan dili fənni üzrə monitorinqi həyata keçirildi
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə fevralın 29-da məktəbin IV,VI,VII və VIII sinif şagirdlərinin Azərbaycan dili fənni üzrə monitorinqi həyata keçirildi. Monitorinqin keçirilməsində əsas məqsəd Azərbaycan dili fənni üzrə təqdim olunmuş məzmun çərçivəsində şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini, öyrənmə ehtiyaclarını müəyyən etmək və inkişaf istiqamətləri üzrə kompleks fəaliyyətləri həyata keçirməkdir. Bütün şagirdlərimizə uğurlar arzulayırıq! Monitorinqlərin təşkilində əməyi keçən hər kəsə dərin minnətdarlığımızı bildiririk.