"Xocalısız 25 il"

"Məktəbin fəaliyyət planına" əsasən Xocalı faciəsinin 25-ci il dönümü ilə əlaqədar olaraq, məktəbimizdə dəyirmi masa keçirildi. Dəyirmi masada çıxış edən tarix müəllimi Firuzə Ağayeva bildirib ki, Xocalı soyqırımı bütün bəşəriyyətə qarşı törədilmiş soyqırımdır. Soyqırım zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamam məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərdən birini itirib. Soyqırım baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb. Onların 150-nin taleyi hələ də məlum deyil. Dəyirmi masanı keçirməkdə əsas məqsəd Xocalı faciəsininin ümumi vəziyyəti barədə şagirdləri məlumatlandırmaq və müzakirə etməkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi