“Beynəlxalq Ana Dili Günü”
21 fevral 2017-ci il tarixdə məktəbimizdə “Beynəlxalq Ana Dili Günü” mövzusunda IV a və IV b siniflərində dəyirmi masa keçirildi. Çıxış edən şagirdlər fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən danışıb, dilimizin zənginləşdirilməsi və inkişafında ümummilli lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğulayıblar. Sonda tədbir şagirdlərin Beynəlxalq Ana Dili Gününə həsr olunmuş çıxışları ilə davam edib.