Xocalı soyqırımı ilə bağlı seminar
Fevralın 26-da məktəbin ibtidai sinif müəllimi Təranə Ağayevanın təşkilatçılığı ilə Xocalı soyqırımı ilə bağlı seminar keçirildi. Seminarın keçirilməsində əsas məqsəd şagirdlərə xalqımıza qarşı törədilmiş faciələr haqqında məlumatlar vermək, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq səlnaməsinin təbliğidir.