“21 fevral Beynəlxalq Ana Dili Günü"

“21 fevral Beynəlxalq Ana Dili Günü" münasibətilə fevralın 21-də məktəbin ibtidai sinif şagirdlərinin şairə Gülzar İbrahimova  görüşü keçirildi. Dövlət himni səsləndirildikdən sonra tədbiri açan məktəbin direktoru Səbahət Ağayeva, şairə Gülzar İbrahimovanın şagirdlərin görüşünə gəlməsindən çox məmnun olduğunu bildirdi. O, Gülzar İbrahimovanın müasir uşaq ədəbiyyatının formalaşmasında xüsusi rolu olduğunu vurğuladı. Tədbirdə şagirdlər şeirlər söyləyib, mahnı oxuyub və ədəbi-bədii kompozisiya nümayiş etdirdilər. Gülzar xanım çıxış edərək, gözəl çıxışlarına və kiçik yaşlarından mütaliə ilə məşğul olduqlarına görə şagirdlərə öz minnətdarlığını bildirdi, onlar üçün yeni yazdığı şeir, nağıl və hekayələrini söylədi. Uşaqlıqdan eşitdikləri şeir və nağılların müəllifini görmək, ünsiyyət qurmaq, maraqlandıran sualları vermək imkanı şagirdlərimizin böyük həvəsinə səbəb oldu.  Sonda Gülzar İbrahimova tədbir təşkilatçılarına, müəllimlərə, məktəbin rəhbərliyinə xüsusi təşəkkürünü bildirdi, və uşaqlarımızın kitaba, yeni biliklərə, tədqiqatçılığa olan maraqlarını inkişaf etdirməyə sövq edən yolda müəllimlərə böyük uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi