“Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin yekunlarına həsr olunmuş dəyirmi masa

    “Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi 19 fevral 2024-cü il tarixində “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin yekunlarına həsr olunmuş dəyirmi masa keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, layihə iştirakçıları 1 dəqiqəlik sükutla Ulu öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini yad etdilər. “Heydər Əliyev və mənim gözəl paytaxtım “ layihəsinin 209 nömrəli tam orta məktəbdə icrası ilə əlaqədar olaraq məktəbin direktoru Səbahət Ağayeva çıxış etdi. O, çıxışında Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin razılığı ilə və Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə təhsil oçağında “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin icrasını məktəbin ictimai həyatında mühüm və əhəmiyyətli hadisə kimi qiymətləndirdi. Tədbirdə layihə rəhbəri Namiq Nəcəfov çıxış edərək, bildirdi ki, “Heydər Əliyev və mənim gözəl paytaxtım” layihəsi haaqında ətraflı məlumat verdi. Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi