6 və 9-cu siniflərdə keçirilən monitorinqlərin nəticələri
2023/2024-cü tədris ilinin sentyabr ayından 9-cu siniflərin buraxılış imtahanına hazırlığı məqsədilə məktəbdə komissiya yaradılmışdır. Məktəb rəhbərliyi tərəfindən tərtib olunmuş cədvələ əsasən fənn müəllimləri şagirdlərlə mütəmadi məşğul olmuş, monitorinqlər keçirilmiş və hər həftə bu gedişatın yoxlanılması məqsədilə iclaslar keçirilmişdir. Fevralın 20-də məktəb rəhbərliyi, 6 və 9-cu siniflərdə dərs deyən buraxılış imtahanı üzrə fənn müəllimləri və həmin siniflərdə əlavə hazırlıq məşğələsi keçən müəllimlərin iştirakı ilə iclas keçirildi. İclasda 6 və 9-cu siniflərdə keçirilən monitorinqlərin nəticələri müzakirə olundu və nəticələri yüksəltmək üçün müzakirələr aparıldı. Fənn müəllimlərinə nəticəni yaxşılaşdırmaq üçün tövsiyyələr verildi. İclasın keçirilməsində məqsəd 6 və 9-cu siniflərdə keçirilən monitorinqlərin nəticələrinin müzakirə edib güclü və zəif tərəflərini aşkar etmək, şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış fənləri üzrə keyfiyyəti artırmaq, məktəb özünüqiymətləndirməsini formalaşdırmaqdır.