“Çörək bərəkətdir”

20.02.2017-ci il tarixində məktəbin II b sinif şagirdlərinin iştirakı ilə “Milli-mənəvi dəyərlərimizi qoruyaq” mövzüsunda “Çörək bərəkətdir” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Arizə xanım Mahmudova açdı. O söylədi ki, bu gün çörək insanlıq üçün həyatta qalmağı, əməyi, alın tərini və bölüşməyin simvoludur. Çörək əvəzolunmaz bir nemətdir. Qonaq gedilən hər yerdə süfrəyə birinci çörək gətirirlər. Çünki çörək süfrələrin şahıdır. Çörək elin varı, elin sərvətidir. Direktorun çıxışından sonra tədbir şagirdlərin çıxışları, səhnəcikləri davam etdi. Biz bununla bir daha sübut etdik ki, Azərbaycan xalqı çörəkli, çörək qazanan xalq olduğu qədər, çörəyə dəyər vermək, onu uca tutmaq keyfiyyətini də itirməyib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi