Məktəbəhazırlıq qrupunda monitorinq
Təhsil nazirinin əmrinə əsasən, 2016/2017-ci tədris ilindən məktəbimizdə məktəbəhazırlıq qrupları fəaliyyət göstərir. Bu gün məktəb rəhbərliyinin iştirakı ilə məktəbəhazırlıq qrupunda monitorinq keçirildi. Monitorinqin keçirilməsində məqsəd məktəbəhazırlıq qrupunda təlimin təşkili və məzmunu məsələlərinin dəyərləndirilməsi, eləcə də qrupa cəlb edilmiş uşaqların təhsil nailiyyətlərinin qiymətləndirilməsidir.