Valideyn komitələri ilə görüş
Məktəb rəhbərliyinin iştirakı ilə fevralın 9-da sağlam mənəvi-psixoloji və təhlükəsiz mühitin yaradılması, şagirdlərdə müsbət davranışın formalaşması məqsədilə valideyn komitələri ilə görüş keçirildi. Görüşdə şagirdlərin davranış qaydalarına, müəllim-şagird, şagird-şagird, müəllim-valideyn münasibətləri, müəllimin etik davranış qaydalarına əməl olunması və digər məsələlər müzakirə olunmuşdur. Şagird təhlükəsizliyinin təmin olunması, məktəbdə sağlam mühitin daim nəzarətdə saxlanılması diqqətə çatdırılmışdır.