Məktəbin psixoloqu Sevinc Muradova tərəfindən VII b sinif şagirdləri ilə seminar
Fevralın 1-də məktəbin psixoloqu Sevinc Muradova tərəfindən VII b sinif şagirdləri ilə seminar keçirildi. Seminarda VII siniflərdə aparılmış monitorinq nəticələrinin zəif olmasının səbəbləri aydınlaşdırıldı. Stress beynin işləmə mexanizminin zəifləməsinə səbəb olur və bunun nəticəsində şagird monitorinqdə, imtahanda biliklərini layiqincə ifadə edə bilmir. Nəticədə öz potensialından aşağı bal toplayır. Qeyd olundu ki, bu yaşanan stressi və həyəcanı demək olar ki, hər kəs yaşayıb. Stressin səbəbləri izah olundu, stressi azalda biləcək tövsiyələr; düzgün qoyulan hədəflər, yuxu rejimi, yüngül qidalanma, vaxtın düzgün idarə olunması və özünə inam barədə geniş məlumatlar verildi.