“Şagirdə tələbə dəstəyi” layihəsi
Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) təşkilatçılığı ilə 2023-cü ildən “Şagirdə tələbə dəstəyi” layihəsinin məktəbimizdə icra olunmasına start verilmişdir. ADPU-nun könüllü tələbələrindən ibarət komanda tərəfindən layihə çərçivəsində Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə 8-ci şagirdləri üçün onlayn dərslər təşkil olunmuşdur. Bu məqsədlə ADPU-nun könüllü tələbələrindən olan Aynurə xanım və Şölə xanım fevralın 2-də şagirdlər ilə görüşüb onlara sertifikatlar təqdim etdilər. 2 fevral Gənclər günü münasibətilə məktəbin direktoru Səbahət Ağayeva tərəfindən tələbələr təbrik edildi. Bizə göstərdikləri diqqətə görə məktəb kollektivi və valideynlər adından Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyinə, müəllim, tələbə heyətinə xüsusilə Nərgiz xanıma və Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadəyə öz minnətdarlığımızı bildiririk!