Pedoqoji şuranın növbəti iclası
Yanvar ayının 31-də məktəbdə 2023/2024-cü tədris ilinin I yarımilinin pedaqoji şura iclası keçirildi. Məktəbin direktoru Səbahət Ağayeva şuranın gündəliyində duran məsələləri pedoqoji heyyətin diqqətinə çatdırdı. Pedaqoji şura iclasının gündəliyində aşağıdakı məsələlər öz əksini tapmışdır:
1. 2023/2024-cü tədris ilinin 01 və 02 saylı pedoqoji şura iclasının qərarlarından irəli gələn vəzifələrin vəziyyəti, II yarımilin hədəfləri və istiqamətləri barədə
2. 2023/2024-cü tədris ilinin I yarımillik üzrə BSQ qiymətinin və yarımillik yekun nəticələri barədə təlim-tərbiyə işləri üzrə direktor müavinin hesabatı
3.İntzam, növbətçilik və bəzi məsələlər barədə təşkilatçı hesabatı
4.Məktəbdaxili intizam və əmək müqaviləsi üzrə iş rejimi qaydalarına əməl olunması haqqında
5. Fənn metodbirləşmə rəhbərlərinin hesabatları
6.2023/2024-cü tədris ilinin I yarımili üzrə məktəbə hazırlıq qruplarında tədrisin vəziyyəti və növbəti tədris ili üçün I siniflərə qəbul prosesinə hazırlıq vəziyyəti haqqında
7.Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən monitorinqlərin nəticələrin müzakirəsi
8.Valideyn məsuliyyətinin artırılması, məktəbdə uşaqların təhlükəsizliyinin təminatı, psixoloji xidmətin təşkili barədə psixoloqun hesabatı
9.Müəllimlərin etik davranış qaydalarına riayət olunmasına nəzarət
10.Cari məsələlər
Gündəlikdə olan məsələlər geniş müzakirə olundu və hər bir məsələ haqqında qərar qəbul olundu. II yarımil üçün qarşıda duran məsələlər haqqında kollektivə tapşırıqlar verildi.