“Tariximiz dünənimiz, bu günümüz, gələcəyimizdir”

16 fevral 2017-ci il tarixində məktəbimizin coğrafiya müəllimi K.Novruzova və tarix müəllimi M.Poladovanın iştirakı ilə VIII-IX sinif şagirdləri Maştağa qəsəbə sakini Rəşaid Sulukinin ev muzeyinə ekskursiya etdilər. Ev muzeyində şagirdlərimiz Azərbaycan tarixinin qədim, orta və yeni dövrlərinə aid çox zəngin olan eksponatlarla tanış oldular. 700 illik tarixə malik olan çıraq lampa şagirdlərin çox böyük marağına səbəb oldu. Qədim dövrə aid olan misdən hazırlanmış bəy qazanı, mücrü, şamdan muzeyin nə qədər zəngin olduğundan xəbər verir. Hər bir eksponat haqqında ayrı-ayrılıqda məktəbin tarix müəllimi M.Poladova tərəfindən şagirdlərə ətraflı məlumat verildi. Sonda şagirdlərimiz muzeyə misdən hazırlanmış XVIII əsrə aid olan məcməyi hədiyyə etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi