“Heydər Əliyev və mənim gözəl paytaxtım“

“Oriqami” uşaq və yeniyetmələr ictimai birliyi tərəfindən Sabunçu rayonu Maştağa, Nardaran, Bilgəh qəsəbələrində yerləşən 9 təhsil ocağında həyata keçirilən “Heydər Əliyev və mənim gözəl paytaxtım“ layihəsinin icrası davam edir. Yanvarın 17-də məktəbdə layihənin növbəti tədbiri "Heydər Əliyev və mənim gözəl paytaxtım“ adlı esse yazı müsabiqəsi V-lX sinif şagirdləri arasında keçirildi. Tədbiri, giriş sözü ilə layihə rəhbəri Namiq Nəcəfov açdı. O, çıxışında Ümummilli Lider Heydər Əliyevə Azərbaycan xalqının dərin məhəbbətindən və böyük ehtiramından danışdı. Daha sonra məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək bildirdi ki, Azərbaycanın maraqlarını həmişə yüksək səviyyədə qoruyan Ulu öndər Heydər Əliyev müdrikliyi və uzaqgörənliyi ilə ölkəmizin sürətli inkişafına nail olub. Ümummilli Liderin ruhu şaddır ki, onun siyasi kursu bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda Azərbaycan dünya birliyində özünə layiqli yer tutub və bu mövqeni qoruyub saxlayır. Tədbirin sonunda layihə rəhbəri Namiq Nəcəfov tədbirdə fəal iştirak etdikləri üçün şagirdlərə təşəkkür etdi və onlara ictimai birlik tərəfindən hədiyyələr təqdim olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi