“Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur.” adlı inşa müsabiqəsi

Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi və “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli 3494 nömrəli Sərəncamı”ndan irəli gələn tədbirlərin icra edilməsi məqsədilə dekabrın 30–da məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Bəsti Cəbrayılovanın təşkilatçılığı ilə VI və VII sinif şagirdləri arasında “Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur.” adlı inşa müsabiqəsi keçirildi. Şagirdlər müvafiq zaman müddətində inşaları yazıb öncədən müəyyən edilmiş məsul şəxslərə təqdim etdilər. Müsabiqədə qalib gələn şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomla mükafatlandırılacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi