"İmtahan stressin aradan qaldırılması"
Məktəb rəhbərliyinin təşəbbüsü ilə məktəbin psixoloqu Sevinc Muradova IX-XI sinif şagirdləri ilə dekabrın 29-da imtahanqabağı həyəcan və stressin azaldılması məqsədilə "İmtahan stressin aradan qaldırılması" adlı seminar keçirdi. Seminarın keçirilməsində əsas məqsəd şagirdlərdə imtahan həyəcanını aradan qaldırmaq və imtahan haqqında maarifləndirici söhbət aparmaqdan ibarətdir. Şagirdlərlə stress və həyəcanın aradan qaldırılması və onlarda özgüvənin artırılması barədə söhbət aparılıb, seminarda şagirdin qidası, stressi aradan qaldırmaq gimnastikası və digər məsələlər müzakirə olunub.