VI siniflər təbiət və VII siniflər üzrə Azərbaycan tarixi fənlərindən monitorinq
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin keyfiyyətinə nəzarət sektorunun təşkilatçılığı ilə dekabrın 29-da məktəbin VI və VII sinif şagirdlərinin təbiət və Azərbaycan tarixi fənləri üzrə monitorinqi həyata keçirilir. Monitorinqin keçirilməsində əsas məqsəd təbiət və Azərbaycan tarixi fənləri üzrə təqdim olunmuş məzmun çərçivəsində şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini, öyrənmə ehtiyaclarını müəyyən etmək və inkişaf istiqamətləri üzrə kompleks fəaliyyətləri həyata keçirməkdir. Bütün şagirdlərimizə uğurlar arzulayırıq! Monitorinqlərin təşkilində əməyi keçən hər kəsə dərin minnətdarlığımızı bildiririk.