31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il

Dekabrın 28-də məktəbin V-XI sinif şagirdlərinin iştirakı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunmuş geniş tədbir keçirildi. Tədbir iki hissədən ibarət idi. Birinci hissədə şagirdlər Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş çıxışlar nümayiş etdirdilər. Sonra şagirdlərin ifasında mahnılar, rəqslər, şeirlər ifa olundu. Tədbirin ikinci hissəsində Şaxta baba, Qar qız ilə yeni il şənliyi başlandı. Sonda məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, tədbir iştirakçılarına təşəkkür edib, hər kəsi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi