Bakı Zooloji parkda dərs-ekskursiya
Məktəbin ibtidai sinif müəllimi Nigar Məmmədovanın təşkilatçılığı ilə 1 a sinif şagirdləri üçün həyat bilgisi dərsi Bakı Zooloji Parkında təşkil olundu. Dərs-ekskursiyaların təşkilində məqsəd şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək, onların mövzuları praktik öyrənməsini təmin etmək, dərsə marağını və Azərbaycanın flora və faunası barədə məlumatlılıq səviyyəsini artırmaqdan ibarətdir.