Bakı Zooloji parkda dərs-ekskursiya

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təqdim olunan "Bakı Zooloji Parkında dərs ekskursiyaların təşkilinə dair təlimat" və "Zooparkda keçirilməsi tövsiyə olunan mövzuların siyahısı"na əsasən 21 dekabr tarixində VII və VIII sinif şagirdləri məktəbin biologiya müəllimi Nərgiz Hüseynova və coğrafiya müəllimi Səbinə Mürsəliyevanın təşkilatçılığı ilə Bakı Zooloji parkına ekskursiya etdilər. Şagirdlərə biologiya fənnindən "Balıqların müxtəlifliyi. Balıq ehtiyatlarının qorunması.", coğrafiya fənnindən "Canlı aləmin müxtəlifliyi" mövzülarında dərslər keçirildi. Dərs-ekskursiyaların təşkilində məqsəd şagirdləri canlılar aləmi ilə yaxından tanış etmək və Azərbaycanın faunası barədə şagirdlərin məlumatlılıq səviyyəsini artirmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi