“Susma, səsini eşitdir!”
Dekabrın 26-da Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən Bakı Gənclər Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən “Susma, səsini eşitdir!” adlı layihənin hesabat tədbiri keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupunun rəhbəri Rəna Vəliyeva, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, ümumtəhsil məktəblərin direktorları, müəllim və şagird heyəti iştirak edirdilər. "Susma, səsini eşitdir!" layihəsinin hesabat tədbirində məktəbimizin bu layihə çərçivəsində hazırladığı səhnə də yer almışdır.