"Xocalısız 25 il" mövzusunda dəyirmi masa

Xocalı faciəsinin 25-ci il dönümü ərəfəsində "Xocalı qurbanlarını" yad etmək məqsədilə "Məktəbin fəaliyyət planına" əsasən məktəbimizdə silsilə tədbirlərimiz davam edir. Bu gün "Xocalısız 25 il" mövzusunda şagirdlərin iştirakı ilə dəyirmi masa keçirildi. Tarix müəllimi Poladova Mehriban Xocalı soyqırımı haqqında danışaraq bildirib ki, ən qəddar və amansız terror hadisələrindən olan Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir. Müəllimin çıxışından sonra dəyirmi masa şagirdlərin çıxışları ilə davam edib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi