Ulu Öndər Heydər Əliyevin anım tədbiri
Dekabrın 12-də məktəbdə Ulu Öndər Heydər Əliyevin anım tədbiri keçirildi. Tədbirdə məktəbimizin şagirdləri Ulu öndər Heydər Əliyevə, vətənə, bayrağa həsr olunmuş şeirlər, mahnılar səsləndirdilər.Tədbirdə çıxış edənlər böyük şəxsiyyətin həyatı və Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda gördüyü saysız-hesabsız işlər barədə iştirakçılara məlumat verdilər. Daha sonra məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək bildirdi ki, Ulu öndər Heydər Əliyev Azərbaycanı dönməz müstəqilliyə, inkişafa apardı. Azərbaycan xalqı xoşbəxtdir ki, bu ölkəyə Heydər Əliyev kimi müdrik insan,siyasi lider rəhbərlik edib və bugün bu siyasət dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.