"Məktəblinin fiziki aktivliyinin inkişafı"

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı və İctimai Səhiyyə və İslahatlar mərkəzinin iştirakı ilə 13 fevral tarixində məktəbimizin müəllim və şagirdləri üçün “Məktəblinin fiziki aktivliyinin inkişafı” mövzüsunda mühazirə keçirildi. Mühazirənin məqsədi əhali, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi və sağlam həyat tərzini təbliğ etməkdir. Tədbir sözügedən layihə çərçivəsində çəkilən video-çarxın (https://www.youtube.com/watch?v=OHyF5KKAvCU) nümayişi ilə davam edib. Sözügedən video-çarx sağlam həyat tərzinin nə olduğunu əyani surətdə əks etdirir. “Sağlam gələcək naminə fiziki aktiv ol” layihəsi - fiziki aktivliyə müntəzəm, planlaşdırılmış və sistematik yanaşaraq, fiziki aktivliyin sağlamlığa təsirinin vacibliyi və sağlam qida haqqında məlumatlandırılmanın artırılmasına yönəldilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi