Valideyn iclası

11 fevral 2017-ci il tarixində 2016/2017-ci tədris ilinin l yarımilinin yekunlarına həsr olunmuş ümumməktəb valideyn iclası keçirildi. İclasda məktəb rəhbərliyi l yarımilin yekunları və tədris ilində qarşıya çıxan problemləri valideynlərin diqqətinə çatdırdı. Şagirdlərin dərsə davamiyyəti və məktəbdə keçirilən monitorinqlərin nəticələri haqqında valideynlər məlumatlandırıldı. Məktəb direktoru Arizə xanım Mahmudova məktəb-valideyn əlaqələrinin nə qədər böyük əhəmiyyətə malik olduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı. Sonda məktəb rəhbərliyi valideynləri maraqlandıran sualları cavablandırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi