"Təmizlə və fərqi gör!"

Ekoloji aylıqlar layihəsi çərçivəsində məktəbimizin hazırlanmış müvafiq tədbirlər planına əsasən 10 fevral 2017-ci il tarixdə Novruzova Könülün rəhbərliyi ilə şagirdlərimiz “Təmizlə və fərqi gör!” şüarı altında Ekoloji aksiya keçirdi. Maştağa qəsəbəsində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi-Hacı Əziz məscidinin ətrafında iməclik keçirildi. İməclikdə məscidin ətrafı tullantılardan təmizlənib. Keçirilən tədbirin məqsədi insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda bu işə əhalini cəlb etməkdir. Aksiya ərazidə ekoloji vəziyyətin yaxşılaşdırılmasına, ətraf mühitə məsuliyyətli münasibətin formalaşmasına, habelə məktəblilərin maarifləndirilməsinə yönəldilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi