"Millli ictimai fikrin inkişafında “Molla Nəsrəddin” jurnalının rolu" mövzüsunda seminar
Dekabrın 8-də "Kiçik Akademiya"nın Azərbaycan dili və ədəbiyyat kafedrasının üzvləri və müəllim Bəsti Cəbrayılovanın iştirakı ilə "Millli ictimai fikrin inkişafında “Molla Nəsrəddin” jurnalının rolu" mövzüsunda seminar keçirildi. Seminarı giriş sözü ilə Bəsti Cəbrayılova açaraq, XX əsrin əvvəllərində ölkədə mövcud olan mədəni inkişafdan, o dövrün tanınmış mətbuat orqanları və onların fəaliyyətindən danışıb. Qeyd edib ki, xalqın milli birliyinə xidmət edən “Molla Nəsrəddin” jurnalı xürafat və cəhalətə qarşı ucalan etirazları ifadə edib, elm və təhsilin təbliğinə çalışıb, cəmiyyətdə mövcud olan nöqsanları sadə xalq dilində çatdırmağı bacarıb. O, “Molla Nəsrəddin” jurnalının milli ideologiya əsasında öyrənilməsi, tədqiqi və təbliği məsələlərindən də söz açıb. Seminar daha sonra "Kiçik Akademiya"nın üzvlərinin təqdimatında araşdırma aparıb, hazırladıqları məruzələri ilə davam edib.