Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar dəyirmi masa

Dekabrın 8-də məktəbdə xalqımızın Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar 5 b sinif şagirdlərinin iştirakı ilə tarix müəllimi Zaur Mustafayev seminar keçirdi. İlk öncə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Zaur müəllim Ulu Öndərin həyatı, onun Azərbaycan tarixində, Azərbaycan xalqının müstəqilliyində oynadığı mühüm rolu haqqında şagirdlərə məlumat verdi. Qeyd edildi ki, Ümummilli lider Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri-istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Seminarın yekununda qeyd olundu ki, Ulu Öndərin dediyi kimi, təhsilimizin əsas məqsədi gənc nəslə,uşaqlara təhsil verib onları gələcəyə hazırlamaq və dövlətinə, millətinə, ənənələrə, xalqına sadiq vətəndaş yetişdirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi