Təlimə Dəstək Mərkəzi ilə əməkdaşlıq

Məktəbimiz üzrə apardığımız SWOT analiz zamanı güclü, zəif və təhlükə yaradan tərəflərə aydınlıq gətirərək, təhsildə keyfiyyətin yüksəldilməsi məqsədilə çıxdığımız yola davam edirik. Məqsədimiz şagird və valideyinlərin təhsilə marağını artırmaq, xoşbəxt şagirdlər yetişdirməkdir. Növbəti hədəfimiz Təlimə Dəstək Mərkəzi ilə əməkdaşlıq etməkdir. Elə bu məqsədlə tədrisin idarə olunması bölməsinin rəhbəri, dəyərli xanım Könül Səfərovanın iştirakı ilə bir neçə fənn üzrə dərslər dinlənildi, müzakirələr aparıldı, metodbirləşmə sədrləri ilə görüş keçirildi. Qiymətləndirmələrin hazırlanması və həyata keçirilməsi zamanı tələb olunan qaydalar müzakirə edildi. Pedoqoji heyətin gənc və savadlı kadrlardan ibarət olması ən böyük şansımızdır. Öyrənmə həvəsi, yeniliyə açıq olması və peşəsini sevməsi müəllim üçün vacibdir. Belə müəllimlərimiz çoxluq təşkil edir və bu bizi çox sevindirir. Öyrənir və öyrədirik. Keçən tədris ilindən başlayaraq, bizə qaranlıq qalan məsələlərə aydınlıq gətirmək üçün daim köməklik göstərən, istək və təkliflərimizə etiraz etmədən dəvətimizi qəbul edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təhsildə keyfiyyətə nəzarət sektorunun müdiri dəyərli Anar Mustafazadəyə və Təlimə Dəstək Mərkəzinin direktoru dəyərli xanım Minarə Fərzəliyevaya, tədrisin idarə olunması bölməsinin rəhbəri Könül Səfərovaya dərin təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi