“Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi" ilə əlaqədar olaraq, bilik yarışı
Dekabrın 5-də 142 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi" ilə əlaqədar olaraq, bilik yarışı keçirildi. Bilik yarışında 22, 28, 108, 128, 130, 142, 187, 209, 255, 293, 295 nömrəli tam orta məktəblərin Vlll sinif şagirdləri iştirak edirdilər. Yarış istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, onların yaradıcılığa və elmə olan marağını artırmaq, nəzəri və təcrübi biliklərini təkmilləşdirmək, həmçinin vətənpərvərlik hisslərini daha da möhkəmləndirmək, tarixi hadisələrə dair məktəblilərin məlumatlılıq səviyyəsini yüksəltmək məqsədlərinə xidmət edir. Bilik yarışının nəticələrinə əsasən məktəbimizin "Dəmir Yumruq" adlı komandası həvəsləndirici diploma layiq görülmüşdür.