"Müasir dərsin quruluşu", "Dərsin təlim nəticələri" təqdimatları əsasında təlim

Dekabrın 1-də məktəbin direktoru Səbahət Ağayevanın rəhbərliyi ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə tərəfindən məktəbə təqdim olunan "Müasir dərsin quruluşu", "Dərsin təlim nəticələri" təqdimatları əsasında kurasiyamıza aid olan 22, 28, 108, 128,130, 142, 187, 209, 255, 293,295 nömrəli tam orta məktəblərin müəllimləri üçün təlim keçirildi. Təlimdə hər məktəb üzrə 2 müəllim iştirak edirdi. Təlimdə verilən suallar ətrafında müəllimlər ilə fikir mübadiləsi aparıldı və onları maraqlandıran suallar cavablandırıldı. Müəllimlərə müasir dərsin addımları izah olundu. Təlimin keçirilməsində məqsəd Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə tərəfindən məktəbə təqdim olunan "Müasir dərsin quruluşu", "Dərsin təlim nəticələri" təqdimatları əsasında öyrəndiyimizi qonşu məktəblərlə birlikdə əməkdaşlıq edərək, onların da öyrənməsinə nail olmaqdır. Təlimdə iştirak edən müəllimlərlə birlikdə müəyyən bilik və bacarıqlarımızın yüksəldilməsinə nail olacağımıza inanırıq. Nəzərinizə çatdıraq ki, təlim mütəmadi davam edəcəkdir. Bizə göstərdiyi köməkliyə görə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadəyə dərin minnətdarlığımızı bildiririk!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi