“Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda nümunəvi dərs
Noyabrın 29-da məktəbin tarixi müəllimi Mehriban Poladovanın təşkilatçılığı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda nümunəvi dərs keçirildi. Dərs Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Mehriban Poladova çıxış edərək, Ümummilli lider Heydər Əliyevin azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olduğunu bildirərək məhz bu ideologiyanın xalqımızın müstəqilliyinə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün uğurlu təməl yaratdığını qeyd etdi. Həmçinin dərsdə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat verildi.