"Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda nümunəvi dərs
Noyabrın 28-də məktəbin tarixi müəllimi Mehriban Poladovanın təşkilatçılığı ilə "Heydər Əliyev və müasir Azərbaycan tarixi” mövzusunda nümunəvi dərs keçirildi. Nümunəvi dərsdə məktəb rəhbərliyi iştirak edirdi. Dərs Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə ətraflı məlumat verildi. Mehriban Poladova çıxış edərək, Azərbaycanın gənc vətəndaşlarının mükəmməl təhsil, təlim-tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi Ümummilli Liderin daim diqqətində olduğunu qeyd etdi. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək, uşaqların himayədarı olan Ulu Öndərin bütün istiqamətlərdə, o cümlədən uşaqların hüquqlarının qorunması və qayğı ilə əhatə olunması sahəsində müəyyənləşdirdiyi dövlət siyasətinin Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini söylədi. Ulu Öndər Heydər Əliyevin Azərbaycanı dönməz müstəqilliyə, yüksək rifaha, inkişafa doğru apardığını söyləyərək, Heydər Əliyevin Azərbaycanımız naminə, ölkəmizin inkişafı yolunda gördüyü misilsiz işlər barədə şagirdlərə məlumat verdi.