Şagirdlərin təhsilə cəlb olunması mövzüsunda seminar

Noyabrın 27-də məktəbin direktoru Səbahət Ağayevanın təşəbbüsü ilə şagirdlərin təhsilə cəlb olunması mövzüsunda seminar keçirildi. Seminarda məktəbin psixoloqu S. Muradova, UBR T.Əliyeva və məktəbin şagirdi olmuş 2005-ci ildə 9-cu sinfi bitirmiş və erkən nigaha cəlb olunmuş G.Ağayeva iştirak edirdi. Seminar məktəbin 7 və 8-ci sinif şagirdləri üçün təşkil olunmuşdur. Tədbirin əsas məqsədi uşaqların təhsilə cəlb olunması istiqamətində təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik işlərin aparılmasıdır. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasında göstərilir ki, hər bir Azərbaycan vətəndaşının təhsil almaq hüququ vardır. Heç kəs bu hüquqdan kimi isə məhrum edə bilməz. Amma buna baxmayaraq təəssüflər olsun ki, bir çox ailələr qızlarını təhsildən yayındırırlar. XXI əsrdə yaşayırıq. Qızlarımıza yüksək təhsil almaq üçün imkan yaratmalıyıq. Seminarda həmçinin “Təhsildən yayınma, erkən yaşda əməyə cəlb olunma”, “Təhsildə ailənin rolu”, “Erkən nikahın səbəb və nəticələrinin sosial-psixoloji təhlili”, “Erkən nikahın təhsilə təsiri” mövzülarında çıxış etmişdir. Məktəbin şagirdi olmuş 2005-ci ildə 9-cu sinfi bitirmiş və erkən nigaha cəlb olunan Ağayeva Günay öz həyatı barədə şagirdlərə məlumat vermişdir. Təhsil almağın vaxtında dəyərli olduğunu onların nəzərinə çatdırmışdır. Özünün yenidən təhsil alması və eksternat qaydada attestat alması üçün müraciət etdiyini bildirmişdir. Seminar iştirakçıların qarşılıqlı fikir mübadiləsi ilə davam etmiş, uşaqların təhsildən yayınması, erkən nikah, narkomaniya və bunların səbəb olduğu insan alveri probleminin aktuallığı və onun həll yolları barədə ətraflı müzakirələr aparılmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi