Monitorinq nəticələrinin təhlili və müzakirəsi

Noyabrın 21-də məktəb rəhbərliyinin iştirakı ilə iclas keçirildi. İclasın keçirilməsində məqsəd noyabrın ayında IV siniflərdə Azərbaycan dili və Riyaziyyat fənni üzrə aparılmış monitorinq nəticələrinin təhlili və müzakirəsi idi. Məktəbin direktoru Səbahət Ağayeva çıxış edərək bildirdi ki, təhsildə keyfiyyətin əldə olunması üçün sistemli yanaşma və davamlı monitorinqlər, sonra isə montorinqin nəticələrinə uyğun olaraq işi qurmaq lazımdır. Şagirdlərin fənn, eləcə də dünyagörüşlərinin inkişafı üçün yalnız yoxlama işləri deyil, intellektual yarışlar, açıq sualları özündə əks etdirən olimpiadalar təşkil etmək də məqəsəduyğun olar. Sonda nəticələri yüksəltmək üçün müzakirələr aparıldı. İclasın keçirilməsində məqsəd lV siniflərdə keçirilən monitorinqlərin nəticələrinin müzakirə edib güclü və zəif tərəflərini aşkar etmək, şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış fənləri üzrə keyfiyyəti artırmaq, məktəb özünüqiymətləndirməsini formalaşdırmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi