Pedaqoji Şuranın iclası

Noyabrın 17-də məktəbin fəaliyyət planına uyğun olaraq, növbəti Pedaqoji Şuranın iclası keçirildi. Pedaqoji Şuranın növbəti iclasında məktəb rəhbərliyi və müəllimlər iştirak edirdi. Pedaqoji Şuranın iclası məktəbin direktoru Səbahət Ağayevanın çıxışı ilə başladı. O, pedaqoji heyəti salamladı və ardınca gündəlikdə olan məsələlər haqqında müəllimləri məlumatlandırdı.

1. lX sinif buraxılış imtahanlarına hazırlıqla bağlı işin təşkili.

2. Fənn metodbirləşmə rəhbərlərinin hesabatlarının dinlənilməsi.

3.lV və IX siniflərdə keçirilən monitorinq nəticələrinin təhlili.

4. Kiçik Akademiyanın fəaliyyəti

5.Cari məsələlər

İclasda ilk öncə zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə müəyyən məsləhətlər verildi. 2023/2024-cü dərs ilində məktəbdə IX siniflər üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq buraxılış imtahanlarına hazırlıq, şagirdlərin Respublika fənn olimpiadalarının növbəti turlarına hazırlığı və digər məsələlər müzakirə edildi. İclasda direktor və direktor müavinlərinin hesabatları dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi