“Şagirdlərimizin tarixə səyahəti”

“Ekoloji aylıqlar” layihəsi çərçivəsində azərbaycan tarixi müəlliməsi Poladova Mehribanın iştirakı ilə şagirdlərimiz keçmişimizə nəzər saldı. Arxeoloji qazıntılar zamanı tapılan materialları etnoqrafik müşahidələr əsasında bərpa edərkən aydın olur ki, Azərbaycanda minilliklər boyu əl dəyirmanlarının quruluşu və istifadə qaydalarında elə bir əsaslı dəyişiklik baş verməmişdir. XIX əsr-XX əsrin əvvələrində də belə kirkirələrdən ailənin ehtiyacını ödəmək üçün istifadə olunmuşdur. Kirkirədən yarma çəkmək, dən üyütmək və qismən də daş duzu əzib narın hala salmaq üçün istifadə edilirdi. Şagirdlərimiz qədim əl dəyirmanı olan kirkirə haqqında məlumatlandırıldıqdan sonra ondan istifadə edərək, yarma və un aldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi