Vətən müharibəsi şəhidləri Novruzov Rəşadın və Ağayev Vahidin anım günləri

Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin artırılması, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu hissin aşılanması, vətənpərvərlik mövzularına həsr olunmuş tədbirlərin keçirilməsi şagirdlərdə qəhrəmanlıq və məğlubedilməzlik kimi ən ülvi hisslərin yaranmasında və dərinləşdirilməsində mühüm rol oynayır. Bu məqsədlə Maştağa qəsəbəsinin Vətən müharibəsi şəhidləri Novruzov Rəşadın və Ağayev Vahidin anım günləri ilə əlaqədar olaraq, noyabrın 16-da məktəb rəhbərliyi, bir qrup müəllim, valideyn və şagird heyəti şəhidlərin məzarını ziyarət etdilər. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin məzarı üzərinə qərənfillər qoydular və vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər. Həmçinin Maştağa qəsəbə Şəhidlər xiyabanı da ziyarət olundu, şəhidlərimizin unudulmaz xatirəsi şagird və müəllimlərimiz tərəfindən daima hörmət və ehtiramla yad edilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi