Dərs dinləmə
Noyabrın 6-da məktəb rəhbərliyi tərəfindən məktəbəhazırlıq qrupunda məşğələlər dinlənilmişdir. Aparılan dərs dinləmədə yeni mövzu "L hərfi və L səsi" olmuşdur. "Savad təliminə hazırlıq" məşğələsində şagirdlərin olduqca fəal iştirakı nəzərdən qaçmır. Keçirilən dərs dinləmələrin məqsədi müəllimin məşğələlər zamanı qarşılaşdığı çətinliklərin aşkarlanması və bu çətinliklərin aradan qaldırılmasında ona metodiki dəstəyin göstərilməsidir.