8 noyabr Zəfər Gününə həsr olunmuş tədbir

Uzun illər ərzində doğma yurd həsrətimizə son qoyulduğu tarix - 8 Noyabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Zəfər Günü kimi qeyd edilir. Bu sevinc dolu gün ilə əlaqədar məktəbdə bir sıra silsilə tədbirlər keçirilir. 8 Noyabr - Zəfər Gününə həsr olunan "Dəmir Yumruq" adlı tədbirdə məktəbin müəllim və şagirdləri, valideynlər, şəhid ailələri, Vətən müharibəsi qaziləri iştirak edirdilər. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri çıxış sözü ilə açan məktəbin direktoru Səbahət Ağayeva bildirdi ki, Ali Baş Komandanın döyüş əmri ilə Azərbaycan Ordusu qəhrəmanlıq salnaməsi yazdı. Bu ədalətli savaşımızda hər biri bir qəhrəman olan oğullarımız Vətən torpaqlarının azadlığı uğrunda canından keçdi. Vətən Müharibəsində qabaqcıl hərbi texnikalardan məharətlə istifadə edən Azərbaycan Ordusu dünya hərb tarixində yeni səhifə yazdı. Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Tədbirdə çıxış edən şəhid valideynləri övladlarının qəhrəmanlıqlarından və şəhidlik məqamına ucalmalarından böyük qürur hissi keçirdiklərini bildirdilər. Vətən müharibəsi qaziləri xatirələrindən danışıb və onlara göstərilən dövlət qayğısına görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər. Daha sonra məktəblilərin ifasında ədəbi bədii kompazisiya təqdim edildi.

#ZəfərGünü #QalibAzərbaycan #Azərbaycan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi