Monitorinq

Oktyabrın 30-da Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi tərəfindən məktəbin 6 və 9-cu siniflərində buraxılış imtahanının hazırlıq səviyyəsini müəyyən etmək üçün monitorinq keçirildi. Monitorinq Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə keçirildi. Suallar 2 variantda tərtib edilmişdir. Nəticələr qısa müddət ərzində yoxlanılacaq, şagirdlərə və valideynlərə bildiriləcək. Nəticələr məktəb rəhbərliyinin iştirakı ilə fənn metodbirləşmə iclaslarında təhlil olunacaq və müzakirə ediləcəkdir. Monitorinqin keçirilməsinin əsas məqsədi şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi